Dünya

Ana iki qızını İŞİD üçün vuruşmağa apardı

Metbuat.az

Hollandiyada yaşayan çeçen qadın iki qızı ilə birgə İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya aparıb.



ANS PRESS-in məlumatına görə, bu haqda ВВС xəbər yayıb.



Xəbərdə deyilir ki, daha əvvəl onların qəyyumu olan qızların atası bu barədə polisə xəbərdarlıq edib. O da məlum ki, çeçen qadın oktyabr ayında təyyarəyə üç elektron bilet alıb.



Ancaq onları dayandırmaq müvəffəq olmayıb. Güman edirlər ki, onlar saxta pasportlardan istifadə ediblər.



Bu Hollandiyada yaşanmış ilk hadisədir ki, İŞİD-ə qoşulmaq üçün qadın ailəsi ilə birgə Suriyaya yola düşür.


Mənbə
ANS PRESS