Maraqlı
Ana bətnindən salam yolladı - FOTO
İngiltərənin Surrey qraflığındakı Qodalminq şəhərində yaşayan Parsons ailəsi ölkədə məşhurlaşıb. Onları tanıdan isə hələ doğulmamış balacadır.
Ana bətnində olan oğlan ultrasəs müayinəsi zamanı valideynlərinə iki barmağı ilə "V" hərfi şəklində ismarıc yollayıb.
"V", yəni "Victoria" işarəsi "Qələbə", "Sevinc" anlamındadır.
Hamilə Di Parsonsun dediyinə görə, bətnindəki oğlunun adını Uinston qoyacaq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, xanımın əri, dünyaya gələcək oğlanın atası Edin dediyinə görə, ad seçimi təsadüfi deyil.
"İki barmaqla "V", yəni "Qələbə" işarəsini dünyaya Britaniyanın baş naziri Uinston Çörçill tanıtdı. Ona görə də oğlumuza Uinston adını verəcəyik", - 35 yaşlı Edin Parsons deyib.
Anasının bətnində olan, 20 həftəlik Uinstonun gəlişini valideynləri səbirsizliklə gözləyirlər.
Milli.Az