İqtisadiyyat

Amrahbank “İkinci depozit festivalı” kampaniyasına başlayıb

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

Amrahbank Bazarstore, İdeal və İnteqral Plus mağazalar şəbəkəsi ilə birlikdə martın 2-dən aprelin 4-dək əmanətçilər üçün çox faydalı olan “İkinci deposit festivalı” kampaniyasını həyata keçirir.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, kampaniya müddətində “Amrahbank”da manat, dollar və ya avroda depozit yerləşdirənlər həm 15 faizədək gəlir əldə edəcək, həm də depozitinin məbləği 2000-dən artıq olan hər bir kəs Bazarstore və İdeal mağazalar şəbəkəsindən alış-veriş kartları, İnteqral Plus mağazalarından müxtəlif növ telefonlar qazanacaqlar.