Maraqlı

​Amerikada ölü qaz yağışı yağıb

Metbuat.az

Bakı. 25 mart. REPORT.AZ/ ABŞ-da ölü qaz yağışı yağıb. Aydaho ştatı sakinlərinin başına iki min ölü qaz düşüb.


"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu, ABŞ-ın bir neçə ərazisini əhatə edən quş vəbası epidemiyası səbəbindən baş verib.


Bu xəstəlik insanlar üçün böyük təhlükə kəsb etmir, lakin ətraf mühit lələklilərin meyitlərinin toplandığı yerlərdə açıq-aydın təmiz olmayacaq.


Böyük qaz dəstəsi Alyaskanın şimal sahillərinə uçuş zamanı ölüblər.


Laboratoriya analizləri onların yolxucu xəstəliyin qurbanı olduqlarını təsdiq edib.