Dünya

AKP-yə pis xəbər VİDEO

Metbuat.az

Türkiyə Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) novruz bayramı üçün hazırlatdığı reklam video-çarxının nümayişinin dayandırılması istiqamətində qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, istanbullu seçici reklam filmində seçki qanunun bəzi maddələrinin pozulduğunu irəli sürərək YSK-ya müraciət edib.



Qeyd edək ki, 298 saylı seçki qanununun 58-ci maddəsinə görə propoqanda və siyasi reklamlarda Türkiyə bayrağı və dini rəmzlərdən istifadə etmək qadağandır. Siyasi partiyalar qanununun 87-ci maddəsi isə dini ifadə və rəmzlərin istifadəsini qadağan edir.



YSK hər iki qanun maddəsinə görə bayraq və dini rəmzlərin reklamda istifadəsinin mümkün olmadığını irəli sürərək həmin reklam çarxının ancaq Türkiyə bayrağı və dini rəmzlər çıxarıldıqdan sonra yayımının mümkün olduğuna qərar verib.



AKP ötən il ölkədə keçirilən bələdiyyə seçkisində oxşar reklam filmindən istifadə etmiş və YSK həmin reklam çarxından Türkiyə bayrağı və dövlət himninin çıxarılması istiqamtində qərar qəbul etmişdi.




Mənbə
ANS PRESS