Dünya

“Airbus A320”də həlak olanların cəsədləri daşınır

Metbuat.az

Fransanın Alp dağları ərazisində qəzaya uğrayan təyyarədəki cəsədlər daşınmağa başlanıb.



ANS PRESS-in məlumatına görə, xilasedicilər "Airbus A320" tipli təyyarədə həlak olan sərnişinlərin cəsədlərini çıxarmağa müvəffəq olublar. Cəsədlərin daşınması çərşənbə günündən etibarən başlanıb. 150 nəfərin öldüyü aviaqəzada çıxarılan cəsədlərin sayı hələlik açıqlanmır.



Hazırda jandarmeriyanın axtarış əməliyyatını dayandırdığı, xilasedicilərin axtarışları cümə axşamı günü davam etdirəcəkləri bildirilir.



Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 144 nəfər sərnişin və altı heyət üzvü həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Mənbə
ANS PRESS