Ölkə

​Aİ komisasarı: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir"

Metbuat.az

Bakı. 18 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ)

Dağlıq Qarabağ

münaqişəsi üzrə danışıqlarda

ATƏT

-in Minsk qrupu formatını dəstəkləyir.


"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.


O, qeyd edib ki, status-kvo qəbuledilməzdir və danışıqların əsas məqsədi dinc yolla tənzimlənməyə nail olmaqdır.


"Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında danışıqların həm də prezidentlər səviyyəsində davam etdirilməsini dəstəkləyir", - o, vurğulayıb.


Aİ-nin komissarı tərəfləri atəşkəs rejiminə hörmət etməyə, addım və fəaliyyətlərində dözümlü olmağa, münaqişənin tənzimlənməsi üçün vacib olan mühiti yaratmağa çağırıb.


Xatrıadaq ki, Y.Han "Avronest"in İrəvanda keçirilən 4-cü plenar sessiyasında iştirak etmək üçün Ermənistana səfər edib.