Ölkə

Ağdaşlı şagirdlər ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənirlər

Metbuat.az

Ağdaş, 30 mart,

AZƏRTAC

Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda növbəti açıq dərs keçirilib.


AZƏRTAC

xəbər verir ki, açıq dərsdə rayonun orta məktəblərindən 55 şagird iştirak edib.


Ulu Öndərin zəngin həyat və fəaliyyəti barədə məlumat verildiyi açıq dərsdə “Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev Azərbaycan xalqının sülhsevər, vətənpərvər oğlu idi”, “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, “Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyəti” mövzularında məruzələr edilib.


Bildirilib ki, dahi rəhbər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu - bütün bunların hamısı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmiz çox sürətlə və davamlı inkişaf edir.