İqtisadiyyat

“AGBank”dan Novruz Bayramı hədiyyəsi

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

“AGBank” “Həzz Kart” sahibləri üçün nağdlaşdırma kampaniyasına başlayır.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, kart istifadəçiləri martın 16-dan 22-dək “Həzz Kart” ilə  300 manatadək nağdlaşdırma əməliyyatlarını həyata keçirə biləcəklər. Bu isə o deməkdir ki, 7 günlük kampaniya çərçivəsində müştərilər “Həzz Kart”dan yalnız alış-veriş zamanı deyil, həmçinin nağd pul ehtiyaclarını da ödəyə biləcəklər.


 “Həzz Kart” – “AGBank” tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.


Ətraflı məlumatı bankın “135” Məlumat Mərkəzindən əldə etmək olar.