Dünya

Acından ölməsinlər deyə... öldürdülər

Metbuat.az

Avstraliya hökumətinin göstərişi ilə Viktoriya vilayətində 700-ə yaxın koala öldürülüb.



Milli.Az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.



Ətraf mühitin mühafizəsi naziri

Liza Nevill

in sözlərinə görə, koalalar Otvey rayonunda öldürülüb. Həmin yerdə populyar kurort yerləşir. Nevil izah edib ki, ərazidə heyvanlar üçün qida çatmırdı. Bu səbəbdən də onları belə iztirabdan xilas etmək qərarı verilib.



Nazirin sözlərinə görə, belə əməliyyatlar gələcəkdə də davam edə bilər.



Koalaların öldürülməsi heyvan müdafiəçilərinin qəzəbinə səbəb olub. Onlar Avstraliya hakimiyyətini məsuliyyətsizlikdə və ekoloji problemlərə biganə yanaşmaqda ittiham ediblər.



Hazırda Avstraliyada 100 min koala yaşayır. Onların sayı sürətlə azalmaqdadır.



Milli.Az