İqtisadiyyat

AÇG yataqlar bloku üzrə çıxarıla bilən ehtiyyatlar 1 milyard tondan çoxdur

Metbuat.az

Bakı, 11 mart, Nihat Budaqov,

AZƏRTAC

“Əsrin Müqaviləsi” imzalanan zaman “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə çıxarıla bilən ehtiyyatlar 511 milyon ton idi. Ötən 20 ildə isə həmin ehtiyyatlar iki dəfə artaraq 1 milyard tondan çox olub.


AZƏRTAC

xəbər verir ki, bu barədə Bakıda keçirilən III Beynəlxalq “Caspian Energy Forum–2015”də çıxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.