Ölkə
AZƏRTAC
Abşeronda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
Xırdalan, 5 mart, Ətrabə Rzayeva,
AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən əhalinin tibbi müayinəsi Abşeronda da uğurla davam etdirilir. Aksiyanın uğurlu keçirilməsi üçün rayonun 4 tibb müəssisəsi müəyyənləşdirilib və lazımi tibbi ləvazimatlarla təmin olunub. Tərtib olunmuş qrafik əsasında rayonun 314 min sakini və burada məskunlaşan məcburi köçkünlər tibbi müayinədən keçiriləcək.
AZƏRTAC
xəbər verir ki, fevralın 2-dən bu günədək 116702 nəfər müayinə olunub. Müayinə zamanı 578 nəfərə ambulator və 183 nəfərə isə stasionar müalicə təyin edilib, 155 nəfər müvafiq xəstəxanalara göndərilib.
Rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.