Dünya

ABŞ Rusiyanı foto ilə hədələdi

Metbuat.az

ABŞ Dövlət Katibinin müavini Antoni Bilinken Ukraynada rəsmi səfərdədir.



ANS PRESS-in məlumatına görə, ölkəsinin Ukraynaya silah yardımı məsələsini müzakirə etdiyini deyən Blinken bu istiqamətdə hələlik hər hansı bir qərarın qəbul olunmadığını bildirib. ABŞ-ın son illərdə Ukraynanın təhlükəsizliyi, separatçılardan və düşmənlərdən müdafiə olunmaq üçün böyük yardımlar göstərdiyini deyən Blinken bunların radar, göcə görüş durbini və s. bu kimi hərbi vasitələr olduğunu qeyd edib.



ABŞ-ın bu il Ukrayna ordusunu 120 milyon dollarlıq texniki təchixat yardımı etmək istiqamətində qərar qəbul etdiyini deyən ABŞ-ın Ukrayna səfiri Ceffri Pyatt, sadəcə olaraq silah yardımı olunub-olunmaması nəsələsinin müzakirə olunduğunu vurğulayıb.



Pyatt Ukraynaya silah yardımı edilməsinin ölkənin müdafiə sektorunda islahatların aparılması qədər vacib olmadığını dilə gətirib. O, həmçinin ABŞ-ın əlində Ukraynanın şərqindəki rus əsgərləriin mövcudluğunu sübut edən xeyli sayda peyk şəkillərinin olduğunu söyləyib.

Mənbə
ANS PRESS