Dünya

ABŞ-ın Ferqüson şəhərində nümayiş zamanı atışma baş verib

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

ABŞ-ın Missuri ştatının Ferqüson şəhərində nümayiş zamanı atışma baş verib.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumatlara görə hadisə zamanı iki polis güllə yarası alıb.


Qeyd edək ki, keçən il Darren Uilson adlı polis əməkdaşı Ferqüson şəhərində Afrika əsilli Maykl Braun adlı 18 yaşlı silahsız gənci güllələdikdən sonra ABŞ-ı etiraz dalğası bürümüşdü. Etirazçılar hadisənin ədalətli təhqiqatını və qanun keşikçilərinin adekvat cəzalandırılmasını tələb edirdilər.


Bir qədər əvvəl isə bu hadisə ilə bağlı Ferqüson şəhərinin polis şefi Tomas Cekson istefaya getdiyi məlum olub. Ondan başqa bu həftə Ferqüson şəhərinin idarəçisi Con Şou, həmçinin bələdiyyə hakimi Ronald Brokmayer də istefa vermişdilər. Onların hər ikisi şəhərdə irqi diskriminasiya səbəbindən yaranmış vəziyyətlə bağlı ABŞ Ədliyyə Nazirliyinin sərt tənqidinə məruz qalmışdılar.