Dünya

ABŞ-dan Rusiyaya xəbərdarlıq (VİDEO)

Metbuat.az

Krım Ukraynaya qaytarılmayanadək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq.



ANS TV-nin məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin mətbuat katibi Cen Psaki növbəti brifinqində bildirib.



“Biz bir daha bəyan edirik: nə qədər ki, Krımın işğalı davam edir, Rusiyaya qarşı sanksiyalar da qüvvədə qalacaq. Gözlənilən yeni sanksiyaların tətbiq edilməsində isə Birləşmiş Ştatlarla Avropa Birliyi arasında uzlaşdırma aparılmayacaq”, - deyə Cen Psaki bildirib.



Mənbə
ANS TV