Dünya

ABŞ-da sərnişin qatarı yük maşını ilə toqquşub, 40 nəfər xəsarət alıb

Metbuat.az

[ 10 Mart 2015 02:14 ]



Bakı-APA. ABŞ-ın Qalifaks şəhərində (Şimali Karolina ştatı) sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində azı 40 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralıların hamısı xəstəxanalara yerləşdirilib. Onların həyatına təhlükə yoxdur.

Qatarda, ümumilikdə, 212 sərnişinin olduğu bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.