Dünya
Mənbə
ANS PRESS
ABŞ-da dəhşətli yanğın: 7 uşaq öldü
Amerika Birləşmiş Ştatlarında yaşları 5 ilə 15 arasında olan 7 uşağın faciəvi şəkildə ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə Nyu York şəhərinin Broklin məhəlləsində əsasən yəhudilərin yaşadığı Midvud bölgəsində baş verib.
Nyu York yandından mühafizə briqadasının əməkdaşı Daniel Niqro hadisəni, son 7 ildə yanğının səbəb olduğu ən böyük faciə adlandırıb.
Niqro həmçinin yanğına yemək isitmək üçün olan qızdırıcı vasitənin səbəb olduğunu deyib.
Polis rəsmiləri, ölən uşaqların qohum olduqlarının güman edildiyini bildirib.
Mənbə
ANS PRESS