Dünya

ABŞ bu dəfə "Əl-Qaidə"ni bombaladı

Metbuat.az

"Əl-Qaidə" terror qruplaşmasının Suriya qolu hesab olunan "əl-Nusra" təşkilatının rəhbərliyinin keçirdiyi toplantı aviazərbələr endirilib.



ANS PRESS-in məlumatına görə, Suriya-Türkiyə sərhədində keçirilən toplantı ABŞ-ın başçılıq etdi beynəlxalq koalisiyanın təyyarələri tərəfindən vurulub. Aviazərbələr nəticəsində "Nusra"nın yüksək rütbəli komandiri Əbu Humam əl-Şami öldürüldü.



ABŞ Suriyada hava əməliyyatı həyata keçirdiyini təkzib edib. ABŞ rəsmiləri koalisiya təyyarələrinin İdlib şəhəri ətrafında hava əməliyatı keçirmədiyini bildiriblər.



Bununla belə müxtəlif mənbələrdən verilən məlumatlarda deyilir ki, Suriya-Türkiyə sərhədində, İdlib şəhəri yaxınlığında yerləşən Şalke kəndindəki keçirilən toplantının məkanı bombalanıb. Toplantıda "Nusra"nın yüksək rütbəli komandirlərin iştirak etdiyi yayılan məlumatlar sırasındadır.

Mənbə
ANS PRESS