Ölkə

“Abituriyent” jurnalının ikinci nömrəsi ictimaiyyətə təqdim olunacaq

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

Yaxın günlərdə “Abituriyent” jurnalının ikinci nömrəsi ictimaiyyətə təqdim olunacaq.


Jurnalda 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı, elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə), ümumi orta təhsil (9 illik) üzrə buraxılış imtahanı proqramları, tam orta təhsil (11 illik) üzrə buraxılış imtahanı proqramları, bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr və 2014-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları barədə materiallar yer alıb.


Səhifənin qisa keçidi: 

http://www.tqdk.gov.az/~XmFeW