İqtisadiyyat
“ABC-Telecom”a qarşı iş qaldırılıb
Bakı, 5 mart,
AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, Dövlət Xidmətinin əməkdaşları araşdırma apararkən MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətlərinin əsassız artırıldığını aşkar ediblər.
Bununla əlaqədar “ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.