İqtisadiyyat
“ABB-Moskva” 2 milyard dollar məbləğində kreditin cəlb edilməsi haqqında saziş imzalayıb
Bakı, 3 mart,
AZƏRTAC“ABB-Moskva” bir il müddətinə 2 milyard rubl məbləğində kreditin cəlb edilməsi haqqında saziş imzalayıb.
Azərbaycan Beynəlxalq Bankından (ABB)
AZƏRTAC-a bildiriblər ki, kredit ABB-nin zəmanəti əsasında cəlb edilib.
Resursların belə əhəmiyyətli miqdarda cəlb edilməsi kreditorlarin “ABB-Moskva”ya yüksək etimadını göstərir. Bu, maliyyə institutları ilə əməkdaşlığın inkişafı və möhkəmlənməsi, həmçinin işgüzar əlaqələrin gücləndirilməsi üçün bir addımdır.