Maraqlı
8 Mart üçün oğurluq etdilər
Azərbaycan, Bakı, 6 mart /Trend/
Polis oyun avtomatlarından 85 oyuncaq və qol saatları oğurlamış iki Stavropol sakinini saxlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, saxlanılanlar oğurladıqları malları sevdikləri qızlara 8 Mart hədiyyəsi kimi təqdim etmək istəyirlərmiş.
Rusiya polisi cinayətkarları tez bir zamanda ələ keçirib. Onlardan biri keçmiş məhkum olub.
Fakt üzrə cinayət işi qaldırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az