Dünya
3800 cütlük bir toyda evləndi
Cənubi Koreyanın Kaphen şəhərindəki kütləvi toyda 3800 cütlük evlənib. Amma bu, rekord deyil: 2009-cu ildəki analoji toyda 20 min cütlük evlənmişdilər.
Milli.Az Myjane-ə istinadən bildirir ki, təntənəli toy mərasimini Mun Son Mön və Han Hakçanın yaratdıqları Vəhdət Kilsəsi təşkil edib.
Vəhdət kilsəsinin hazırda dünyanın müxtəlif ölkələrində 7 milyon nəfər ardıcılı var. Bir çox dövlətlərdə bu kilsə totalitar sekta sayılır.
Milli.Az