Maraqlı
3-cü nəsil Ford Focus - FOTO
Üçüncü nəsil Ford Focus RS bazarda yalnız 2016-cı ildə peyda olacaq, amma bu amerikalılara yeni hot-hetçi Cenevrə avtosalonuna gətirməyə mane olmayıb. “Qaynar” yeni model tarixində ilk dəfə tam ötürmə və launch-control, həmçinin nə üçün nəzərdə tutulduğu Ford tərəfindən açıqlanmayan müəmmalı “drift üçün düymə” əldə edib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, tam ölçülü antiqanad da daxil olmaqla tam aerodinamik qurğular komplekti ilə yanaşı RS hot-hetçi Ford Mustang modelindən 315 at güclü (433 Nm) 2,3 litrlik EcoBoost mühərriki də əldə edib. Ford şirkəti əmin edir ki, bu güc qurğusu sayəsində bazarda sürət və sabitlik baxımından Focus RS modelinin tayı-bərabəri olmayacaq.
Milli.Az