Dünya

24 yaşlı fahişə küçənin ortasında soyunub... (FOTO)

Metbuat.az

Türkiyədə 24 yaşlı qadın küçənin ortasında soyunub özünü yandırmaq istəyib.



ANS PRESS-in məlumatına görə, hadisə Diyarbəkir şəhərinin mərkəzi prospektində baş verib.



Pozğun həyat tərzi sürən İ.B əlində benzin şüşəsi ilə ictimai birliyin binasının qarşısına gəlib və birdən soyunmağa başlayaraq üstünə benzin töküb. Sonra bağıraraq onu zorla fahişəliyə sürüklədiyini iddia etdiyi S.K adlı dərnək rəhbərinin hadisə yerinə gəlməsini tələb edib. Ətrafdakılar onun özünə od vurmaq istəməsinə əngəl olmaq istəyərkən, qadın çantasındakı bıçağı çıxararaq yaxınlaşan hər kəsi hədələyib.



Qısa müddətdən sonra hadisə yerinə gələn polis mühafizə çevrəsi qurur. Hər ehtimala qarşı təcili tibbi yardım çağıran polis, qadını fikrindən daşındırmaq istəyiblər. Fikrindən dönməyən İ.B. təxminən 1 saata yaxın qışqıraraq S.K.-nin hadisə yerinə gəlməsini istəyib və əks təqdirdı özünü yandıracağını deyib.



Polislər 24 yaşlı qadının bir an sakit dayanmasından istifadə edərək onu üstünə atılıb əlindəki bıçağı və alışqanı alıblar. Təcili tibbi yardım maşınına mindirilən İ.B xəstəxanaya aparılıb. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.



Mənbə
ANS PRESS