Texnologiya

200 QB-lıq microSD var

Metbuat.az

SanDisk şirkəti Barselonada MWC (Mobile World Congress 2015) sərgisində öz yeni həllini təqdim edib.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, MicroSD formatlı yaddaş kartı 200 QB-dək informasiya saxlaya bilir ki, əvvəllər bu, tamamilə qeyri-real idi.
 
MicroSD istehsalçıları bildiriblər ki, belə yaddaş kartı video reqistratorlarda və izləmə sistemlərində geniş istifadə olunacaq. Yaddaş kartının ilkin dəyəri 399,99 dollar təşkil edir.
 
Milli.Az