İqtisadiyyat
"20 Yanvar" dairəsində genişləndirilmə işlərinə başlanılıb
Bakı, 16 mart,
AZƏRTACPaytaxtın "20 Yanvar" dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb. Bu barədə
AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
Qeyd olunub ki, Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri “20 Yanvar” dairəsi ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı. Bunu nəzərə alaraq həmin ərəzidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib. Bundan əlavə, həmin hissədə hündürlüyü 50 santimetr olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.