"Veysəloğlu" Şirkətlər Qrupunda çalışanların yarısı gənclərdir

"Veysəloğlu" Şirkətlər Qrupunda çalışanların yarısı gənclərdir
14:28 2 Fevral 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanın qida sektorunda fəaliyyət göstərən "Veysəloğlu" şirkətlər qrupunda çalışanların 76.5 faizini 17-35 yaş arasında olan gənclər təşkil edir.
"Veysəloğlu" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, şirkətlər qrupu işçi heyətinin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.
Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərinin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda, əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim kömək edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotVeyseloglu_quot_Sirketler_Qrupunda_chalisanlarin_yarisi_genclerdir-923667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR