Şiə zəvvarlar öldürüldü

Şiə zəvvarlar öldürüldü
04:31 2 Fevral 2015
457 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın paytaxtı Dəməşqdə şiə zəvvarları daşıyan avtobusun partlayışı nəticəsində 7 nəfər həlak olub, 20 nəfər yaralanıb.

ANS PRESS-in məlumatına görə, onlar onlar xanım Rüqəyya (ə.) məqbərəsinə ziyarətə gedənlər olub.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, terror aksiyası kimi qiymətləndirilən hücum 5 kiloqram partlayıcı maddənin avtobusun ön hissəsinə yerləşdirilməsi ilə həyata keçirilib.

İkinci cihazın zərərsizləşdirilməsinə nail olunub.

Suriyanın Əl-Qaidə ilə əlaqəsi olan Nüsrə Cəbhəsi hücumun məsuliyyətini üzərinə götürüb. Qrup avtobusda olan sərnişinlərin Hizbullah döyüşçüləri olduğunu bildirib.

Suriyanın 4 ildir davam edən münaqişəsi səbəbi ilə o ölkəyə ziyarətə gedən minlərlə şiə zəvvar həlak olub.
Mənbə



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=323259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR