Baş nazir ağladı İntiqam alınacaq

Baş nazir ağladı İntiqam alınacaq
04:16 2 Fevral 2015
414 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyalı ikinci girov Kenzi Qotonun İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsi yapon ictimaiyyəti ilə yanaşı bütün dünyada hiddət doğurub. ANS PRESS-in məlumatına görə, Konzonun başının kəsilməsini əks etdirən videonu yayan terrorçular bununla Yaponiyanın baş naziri Şinzo Abeyə mesaj verdiklərini iddia ediblər.

Baş verənləri şərh edən yapon baş nazir intiqam alacaqlarına and içib. Bu barədə ölkə ictimaiyyəti qarşısında çıxış edərkən Şinzo Abenin ağladığı müşahidə olunub.

“Vəhşicəsinə törədilmiş bu terror hadisəsini böyük hiddətlə qarşılayıram. Qəbul olunması qətiyyən mümkün olmayan bu zorakılığı ən güclü şəkildə pisləyirəm. Bu terrorçuları əsla bağışlamayacağıq. Beynəlxalq ictimaiyyət ilə birlikdə elədiklrinin bədəlini İŞİD-ə ödətmək üçün çalışacağıq”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=323260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR