“Əl-Cəzirə” jurnalisti azad edildi

“Əl-Cəzirə” jurnalisti azad edildi
03:51 2 Fevral 2015
403 Dünya
Ölkə mətbuatı
A- A+

Misir “Əl-Cəzirə” jurnalistini vətəni Avstraliyaya deportasiya edib.

ANS PRESS-in məlumatına görə, deportasiya haqda sərəncam prezident Əbdel Fəttah Əl-Sisi tərəfindən imzalandıqdan sonra "Müsəlman Qardaşları"na yardım ittihamı ilə həbsdə olan Peter Qresti Qahirəni tərk edib.

400 gün həbsdə olan jurnalist keçən il 7 il müddətinə terrorçuluq ittihamı ilə azadlıqdan məhrum edilmişdi.

Misir əsilli kanadalı jurnalist Məhəmməd Fəhminin də bir neçə gündən sonra Kanadaya deportasiya eilədəcəyi gözlənilir. O, 2013-cü ilin dekabr ayında həbs edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Misirli Məhəmməd Baherin taleyi bəlli deyil. O, 10 il müddətinə həbs cəzasına məhkum edilib.

"Əl-Cəzirə" jurnalistin azad edilməsini alqışlayıb və Misirdən daha iki jurnalistinin sərbəst buraxılmasını istəyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=323258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR