Növbəti çətir inqilabına start verildi

Növbəti çətir inqilabına start verildi
03:46 2 Fevral 2015
422 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən ilin sonunda şəhərin bir çox hissəsini iflic vəziyyətinə salan aksiyalardan sonra Honq Konqda növbəti etiraz dalğası baş qaldırıb.

ANS PRESS-in məlumatına görə, Aksiya minlərlə polis əməkdaşının müşahidəsi altında təşkil edilib.

Təşkilatçılar isə nümayişin dinc keçiriləcəyini bildirib.

Aksiya iştirakçıları Honq Konqun icra hakimiyyətinin başçısı Leunq Çan Yingin istefasını və Pekinin 2017-ci il seçkilərinə namizədlərin yoxlanılması qərarının ləğvini tələb edib.

Nümayiş zamanı heç bir qarşıdurmavə ya həbs edilmə halları qeydə alınmayıb.

Qeyd edək ki, daha əvvəl Honq Konqda bəzi tələblərlə keçirilən nüayişdə aksiyaçılar əllərində çətir saxladığından bu aksiya dünyada şərti olaraq "Çətir inqilabı" adlandırılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=323257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR