Gəncədə gənclərin fəallığı üçün hər bir şərait yaradılıb

Gəncədə gənclərin fəallığı üçün hər bir şərait yaradılıb
02:18 2 Fevral 2015
756 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 2 fevral, Sabir Əliyev, AzərTAc 
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Gəncədəki Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev görüşü açaraq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin verdiyi bəhrələrdən danışıb. O, cari ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını, eləcə də Gəncənin 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilməsini bu uğurların məntiqi nəticəsi kimi dəyərləndirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gəncə “ASAN xidmət” mərkəzinin direktoru Elnur Rzayev, Avropa Gənclər Forumunun nümayəndəsi Berto Bartolomeo Bufi, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı Elnur Həsənov, Azərbaycan Dövlət Aqrar Universiteti tələbə gənclər təşkilatının sədri Tural Məmmədzadə, Gəncə Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Orxan Məmmədov, Gənclər Üçün Təhsil Mərkəzi Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə və başqaları çıxış edərək ölkəmizdə gənclərin bacarıqlarının üzə çıxarılması, onların ictimai-siyasi həyatda fəallıqlarının artırılması üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıblar.
Görüşdə iştirak edən tələbə gənclər arzu və təkliflərini bildirib, onlar üçün yaradılan bu şəraitə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq ediblər.
Sonda 2014-cü ilin yekunlarına əsasən idman, elm, mədəniyyət sahələrində, ictimai həyatda göstərdikləri fəallığa görə bir qrup gəncə şəhər icra hakimiyyətinin mükafatları təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_genclerin_fealligi_uchun_her_bir_serait_yaradilib-829014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR