"Bakcell" SMS-spamdan müdafiə xidmətini istifadəyə verəcək

"Bakcell" SMS-spamdan müdafiə xidmətini istifadəyə verəcək
01:53 2 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 2 fevral, AzərTAc 
Azərbaycanın mobil operatoru "Bakcell" MMC fevralın sonunadək SMS-spamdan müdafiə xidmətini istifadəyə verəcək.
Şirkətdən AzərTAc-a bildirilib ki, yeni xidmət SMS-in köməyi ilə reklam və informasiya xarakterli bütün mesajların abonentə daxil olması imkanının tamamilə qarşısının alınmasını nəzərdə tutur. Bunun üçün operator tərəfindən müəyyən edilmiş dördrəqəmli nömrəyə SMS göndərilməlidir. Abonentlər öz "ağ vərəq"lərini müstəqil formalaşdıra biləcəklər və oraya göndərişi almaq istədikləri şirkəti və ya bank strukturunu əlavə edəcəklər. Bunun üçün şirkətin adını göstərməklə müvafiq nömrəyə qısa mesaj göndərilməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotBakcell_quot_SMS_spamdan_mudafie_xidmetini_istifadeye_verecek-829013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR