Azərbaycanın buzadırmanma üzrə çempionları Qusardakı donmuş şəlalələrdə müəyyənləşib

Azərbaycanın buzadırmanma üzrə çempionları Qusardakı donmuş şəlalələrdə müəyyənləşib
00:38 2 Fevral 2015
373 Ölkə
Ölkə mətbuatı
A- A+


Qusar, 2 fevral, Elxan Yusifli, AzərTAc
Fevralın 1-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
AzərTAc xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilik iki gün davam edib.
Beynəlxalq federasiyaların tələblərinə uyğun təşkil olunan çempionatda FAİREX-in nəzdində fəaliyyət göstərən respublikanın müxtəlif bölgələrindən olan 10 klubun 100-ə yaxın idmançısı medallar uğrunda mübarizə aparıb. Yarışa qatılan idmançılardan 9 nəfəri yeniyetmə, 10 nəfəri isə qızlar olub. 20 hakimin nəzarət etdiyi çempionatda Bakı, Qusar, Şəki, Qax, Daşkəsən və Gəncəni təmsil edən idmançılar yer alıblar.
Fevralın 1-dən start götürən buzadırmanma yarışınının sürət mərhələsində oğlanlar arasında Qalib Şıxrəhimov birinci, Ramel Rəhimxanov ikinci, Alim Atluxanov isə üçüncü yerləri tutublar. Eyni mərhələdə qızlar arasında Gülnar Pirəliyeva, Leyla Əhmədova və Fidan Novruzova müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar.
Çempionatın çətinlik mərhələsində isə oğlanlar arasında Ramel Rəhimxanov qalib adını qazınıb. İftixar Hidayətov ikinci, Alim Atluxanov isə üçüncü olublar. Bu mərhələdə qızlar arsında Gülnar Piriyeva çempion adını qazanıb. Sonrakı yerləri Leyla Əhmədova və Süsən Əliyeva tutublar.
Komanda hesabında “Zirvə” birinci, “AMEAST” ikinci, “Salavat” isə üçüncülüyü qazanıblar.
Yarışda qalib gələn idmançılar diplom və medallarla, komanda isə kubokla mükafatlandırılıb.
Mükafatlandırma mərasimində bildirilib ki, ilbəil iştirakçılarının sayı artan bu kimi yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə xidmət edir. Bununla yanaşı, yüksək səviyyəli birinciliklərin keçirilməsi beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradır.
 







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_buzadirmanma_uzre_chempionlari_Qusardaki_donmus_selalelerde_mueyyenlesib-829007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR