Rusiyada azərbaycanlı kafe sahibi güllələnərək öldürülüb

Rusiyada azərbaycanlı kafe sahibi güllələnərək öldürülüb
00:24 2 Fevral 2015
380 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı ilə yanaşı 1 gürcü də qətlə yetirilib

Sankt-Peterburqda azərbaycanlı qətlə yetirilib. APA-nın Rusiya bürosunun xəbərinə görə, hadisə fevralın 1-də gecə saat 4 radələrində Sankt-Peterburqda yerləşən kafedə baş verib.

 

Belə ki, kafenin sahibi ilə müştəriləri arasında baş verən mübahisə nəticəsində bir azərbaycanlı və gürcü odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

 

Gürcü hadisə yerində, kafenin sahibi olan azərbaycanlı isə xəstəxanada keçinib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qətli törədən şəxsin və şəxslərin axtarışı davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/192159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR