COP29-un prezidenti COMSATS-ın icraçı direktoru ilə görüşüb - FOTO

COP29-un prezidenti Muxtar Babayev Pakistanda Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Mohammed Nafis Zakariya ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər məhsuldar görüş keçirib və onlar davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparıblar: “Yalnız birlikdə işləməklə daha “yaşıl dünya” üçün ciddi addımlar ata bilərik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR