YAP-dan Parlament seçkiləri ilə bağlı AÇIQLAMA

Parlament seçkilərinin vaxtı ilə bağlı son qərar yoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, YAP Mərkəz Aparatının rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Aparat rəhbəri qeyd edib ki, buna baxmayaraq Yeni Azərbaycan Partiyasında bütün seçki prosesləri ilə bağlı hazırlıq görür: "Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır. Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk", - deyə o bildirib.

Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alınaraq 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR