"Dönərxanalara sertifikat vermək anlayışı yoxdur" - Eyyub Hüseynov

"Toyuq dönərinə qadağa 2006-cı ildə quş qripi yayılanda qoyulmuşdu. Bu qadağadan sonra, dövlət 2 müəssisəyə toyuq dönəri hazırlamağa icazə verdi. Lakin həmin 2 müəssisədən heç 1 faiz də dönər almırlar".

Bu sözləri Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, toyuq əti tez kirlənən ətdir.

"Lakin, toyuq ətinə böyük tələbat var. Həm də biznes qurumlarının tələbatı var. Bazar öz aksioması ilə işləyir. Tələb varsa, təklif də olacaq. Nə qədər qadağan edirlərsə, etsinlər. Toyuq ətindən dönər hazırlamaq olar, bu şərtlə ki, o çirklənməmiş və təmiz olsun".

Eyyub Hüseynovun sözlərinə görə, dönərxanalara hansısa keyfiyyət haqqında sertifikat verilməsi anlayışı yoxdur:

"Sadəcə olaraq Qida Təhlükəsizliyi Agentliyi xammalın mənbəyində monitorinq aparır. Onları reysterə daxil edir. Nə qədər Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə dəyişiklik olmayacaq, yoxlanma işi şəffaf və cəld aparılmayacaq, bu zəhərlənmələr də olacaq".

Qeyd edək ki, mayın 7-də Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR