"Evə gəldim, gördüm hamı təbrik edir" - Rada Nəsibova

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev incəsənət xadimlərinə Prezident mükafatının verilməsi barədə sərəncam imzalayıb.

Metbuat.az bildirir ki, mükafat alanlar arasında aktrisa Rada Nəsibova da var. O, öz təəsüratlarını saytımızla bölüşüb:

"Bu il bu xəbəri alacağımı heç gözləmirdim. Seçilmək, sənətimizin qiymətləndirilməsi çox gözəldir. Dostlarım, tanışlarım, hətta tanımadığım insanlar belə sosial şəbəkələr vasitəsilə dayanmadan təbrik edirlər. Həqiqətən qürurvericidir. Bilirəm ki, hər bir sənət adamının arzusudur. Çox sevinirəm. Bir çox sənət adamları var ki, bu onların da arzusudur, sağ əlim onların başına. Bu sevinci hər bir həmkarımın yaşamağını arzu edirəm. Dövlət başçımıza və Mədəniyyət Nazirliyinə öz minnətdarlığımı bildirirəm.

Evə gəldim, gördüm hamı təbrik edir, yazır. Xəbərim yox idi. Deyirəm nəyi təbrik edirsiniz? Deyəndə ki, adın siyahıda var, çox sevindim".

Seyrana Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR