Ağcabədidə inək sürücünün ölümünə səbəb oldu

Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Ağcabədi rayonu, Aşağı-Avşar kəndində yaşayan 1991-ci il təvəllüdlü Paşayev Xəyal Rəhman oğlu idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Zərdab-Mollakənd yolunun Zərdab rayonu, Şəftəhal kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurması ilə idarəetməni itirib və avtomobilin yolun kənarına aşması nəticəsində aldığı çoxsaylı xəsarətlərdən hadisə yerinə ölüb.

Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR