"Real"a transferinin vaxtı və geyinəcəyi forma nömrəsi bəlli oldu

Cari mövsümün sonu Fransanın PSJ kollektivindən ayrılacaq olan Kilian Mbappenin yeni klubunda geyinəcəyi forma nömrəsi bəlli olub.

Metbuat.az xəbər verir ki, "Real Madrid" komandasına transfer olacağı irəli sürülən 25 yaşlı hücumçu, "kral klubu"nda 10 nömrəli forma altında çıxış edəcək.Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.

Qeyd edək ki, Mbappe Paris təmsilçisinin heyətində ümumilikdə 305 oyuna çıxıb və 255 qola imza atıb. Məşhur "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR