Bakıda avtomobili səkidə sürən şəxs həbs edildi - VİDEO

Avtomobilini səkidə idarə edən sürücü həbs edilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Metbuat.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR