Azərbaycan millisi Qazaxıstan ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, yığma iyunun 11-də Macarıstanın “Haladas Sport Komplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya komandası ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR