​Levandovski gedir o gəlir - Detallar

Xəbər verdiyimiz kimi, “Barselona” Levandovski komandadan ayrıldıqdan sonra "Liverpul"un ulduz hücumçusu Nunesi transfer etməyə çalışacaq.

Metbuat.az xəbər verir ki, “Barselona”nın Levandovskini satmaqda maraqlı olduğu irəli sürülür. Bildirilir ki, buna səbəb hücumçunun məvacibidir. “The Sun”un məlumatına görə, Levandovskinin növbəti mövsümdə maaşı 27 milyon funt sterlinq (34 milyon dollar) olacaq ki, bu da "Barselona"nın maaş limitinin təxminən 15%-ni təşkil edir. Bildirilir ki, Nunesin məvacibi isə bunun ¼-nə bərabərdir. Bu isə “Barselona”nı razı salır. İddialara görə, Nunes “Barselona”da oynamağa razıdır. Nunesin hazırkı transfer dəyəri 70 milyon avrodur.

Qeyd edək ki, Levandovskiyə Səudiyyə Ərəbistanı klublarından təkliflər olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR