İlk yarımfinalçı bəlli oldu - Basketbol Liqası

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin növbəti oyunu çərçivəsində "Neftçi" və "Xırdalan" komandaları üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, 76:73 hesabı ilə qələbə qazanan ikincilər ilk yarımfinalçı olublar.

Bu komandalar arasında baş tutan əvvəlki görüşdə də "Xırdalan" qələbə qazanmışdı - 80:75.

Qeyd edək ki, pley-off mərhələsinin digər görüşündə sabah "Sərhədçi" və "Xəzri" klubları qarşılaşacaq. İlk matçda "Xəzri" 98:64 hesablı qələbə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR