Pakistanda partlayış - Ölən və yaralananlar var

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində törədilən iki partlayış nəticəsində bir nəfər ölüb, 20 nəfər yaralanıb.

Metbuat.az “ARY NEWS” ə istinadən xəbər verir ki, ilk partlayış kömür yüklü yük maşınının minaya düşməsi, ikinci partlayış isə insanların hadisə yerinə toplaşdığı zaman baş verib.

Qeyd edək ki, yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR