Xavidən Arda barədə diqqətçəkən sözlər - "Real"ı seçməsini həzm edə bilmir

Yay transfer dönəmində "Fənərbaxça"dan "Real"a keçən Arda Gülerin istedadı növbəti dəfə "Barselona"nın baş məşqçisi Xavi Hernandezi təəccübləndirib.

Metbuat.az xəbər verir ki, Xavi Ardanın "Real Sosyedad"la oyundakı vurduğu qola və göstərdiyi performansa heyran qalıb.

“Fanatik” qəzetinin İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, Xavi Ardanın performansı ilə bağlı texniki heyətinə danışıb. “Defensa Central”ın xəbərinə görə, Xavi Ardanı tərifləyib. "Bu uşaq dahidir! Təəssüf ki, aramızda deyil" - Xavi deyib.

Qeyd edək ki, “Barselona” Ardanı transfer etmək istəsə də, o “Real”ı seçmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR