"Real" Mbappe ilə bağlı 3 planı nəzərdən keçirir

“Real Madrid” Kilian Mbappe transferini elan etmək üçün 3 ssenarini nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, “Real Madrid” PSJ-də çıxış edən Kilian Mbappenin təqdimatı üçün hazırlıqlara başlayıb. “AS” qəzetinin məlumatına görə, “Real” Mbappenin transfer elanı və təqdimatı üçün 3 fərqli planı nəzərdən keçirir. Mbappe üçün “Real Madrid”in planları belədir;

-Çempionlar Liqasının finalından sonra transferin elan edilməsi və Avropa çempionatından əvvəl Mbappenin təqdimatı.

-Transferin mövsümün sonunda elan edilməsi və təqdimatın daha sonra təşkil edilməsi.

-Transferi açıqlamaq və Mbappenin təqdimatı üçün futbol üzrə Avropa çempionatının bitməsini gözləmək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR