Qəzzada ölənlərin sayı açıqlandı

Qəzza zolağında ölənlərin sayı 34 min 454-ə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fələstinin səhiyyə qurumu məlumat yayıb.

Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib.

Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikdə 34 min 454 fələstinli həlak olub, 77 min 575 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR